Freitag, 27. November 2015
Die besten Tipps für empfindliche Haut / Həssas dəri üçün məsləhətlər
Was ist die Struktur der
empfindlichen Haut?
Həssas dərini necə tanımaq olar?
Həssas dəri istini və soyuğu
sevmir. Əgər dərinizə uyğun olmayan məhsulu istifadə etsəniz dərinizi daha da
həssaslaşdırır. Acılı yeməklər, spirt dərinin ani reaksiyasına səbəb olur.
Günəş işığı və tər dəriyə qıcıqlandırıcı təsir edir və ləkələr əmələ gətirir.
Stres dərinin tonunu dəyişir. Həssas dəri eyni zamanda quru dəridir. Dərinin
qoruyucu təbəqəsinin nəm saxlama qabiliyyəti normaldır. Dərinizə uyğun maddə
içərikli məhsul istifadə etdiyinizdə dərinizi nəmləndirmiş və sakitləşdirmiş
olarsınız.
Hansı təsiredici maddələr həssas dəriyə
uyğundur?
Allantoin və Bisolol- antiseptik
maddələrdir və dəridə qızarıqlıqları azaldır. Allantoin təbii təsir
maddəsidir və at şabalıdından əldə olunur. Bisabolol Çobanyastığı yağından
əldə olunur. Qaşınmaya və dəridə yanma hissinə qarşı müsbət təsir
edir. Pantenol dəriyə uzun müddət nəmləndirici təsir
edir. Kalendula(Gülümbahar) və ya Badam yağı dəriyə yumşaldıcı və rahatladıcı
təsir edir.Günlük həyatda nəmləndirici kimi bitki tərkibli məhsullardan istifadə edin. İstifadə edəcəyiniz məhsullar parfüm,alkoqol və
meyvə turşusu tərkibli olmamasına diqqət edin. Gün içində dərini xarici
təsirlərdən qoruyan Bisalol tərkibli məhsullardan istifadə edin(Silver Face
Cream). Daha sonra tonikle üzünüzü nəmləndirməyi unutmayın.
Abonnieren
Kommentare zum Post (Atom)
Keine Kommentare:
Kommentar veröffentlichen